2017 May ayı üçün yerli və xarici kanalların izlənmə statistikası

Ötən yazımda 2017 Aprel ayı üçün yerli və xarici telekanalların izlənmə saatlarını araşdırmışdım. İndi isə, söz verdiyim kimi may ayı üçün olan nəticələrə nəzər salmaq istərdim.

Ənənəyə sadiq qalaraq, 200 kanalı yenə 3 əsas kateqoriyaya bölmüşəm: Azərbaycan kanalları, Rusdilli kanallar və Türkdilli kanallar. Bundan əlavə uşaq kanallarını ayrıca kateqoriyada təqdim etmişəm. İdman kanallarına da xüsusi nəzər salmaq istərdim, amma nəticələrə görə hesab edirəm ki, hal-hazırda bu o qədər də aktual deyil.

Yerli kanallarımızda nəticələr aşağıdakı cədvəldəki kimidir:
200 kanallıq sıralamada yeri
Kanalın adı
Ay ərzində izlənmə
saatı
2
ATV
28451
3
Xəzər TV
18787
10
AZ TV
9075
13
İdman AZ
6626
14
İctimai TV
6542
16
ARB TV
6164
23
Space TV
5470
32
Lider TV
3712
33
Mədəniyyət
3657
45
CBC
2502
48
İnter AZ
2286
65
ARB Günəş
1378
90
CBC Sport
788
Yerli kanallardan ATV liderliyini qorumaqda davam edir, 28451 saat. Ümumi 200 kanallıq siyahımızda ATV 2-ci, Xəzər TV isə 3-cü yeri tutsa da aralarında təxminən 10000 izlənmə saatı fərq var. Xatırladım ki, keçən ay bu fərq bir qədər çox, 12000 saat təşkil edirdi. Ümumi siyahıda 10 cu, yerli kanalların sırasında isə AZTV-nin 3-cü olması, və may ayı 9075 saat izlənmə göstəricisinə malik olmasının bir-neçə səbəbi var ki, onlar barədə mən ötən yazıda artıq yazmışdım. Bu ay yerli kanalların 4-cüsü isə 6542 saatla ARB TV-ni üstələməyi bacaran İdman Azərbcaycan olub. Şübhəsiz ki, 4-cü İslam Həmrəylik Oyunlarının bu kanalda yayımlanması nəticəyə təsir göstərib. Ardınca isə elə təxminən eyni göstərici ilə, (6542 izlənmə saatı) İctimai TV qərarlaşıb. ARB TV bu ay yerli kanalların siyahısında düz iki pillə geriləyərək yalnız 6-cı yerdə qərarlaşıb, 6164 saat. Kanalın ümumi siyahıdakı yeri isə 16-cıdır. Lakin onu qeyd edim ki, İdman Azərbaycan, İctimai TVARB TV may ayı az-çox eyni izlənmə saatı toplayıblar, hər biri 6000-dən bir qədər çox. 7-ci yerli kanal isə, Space TV-dir, 5470 izlənmə saatı ilə. Lider TV, Mədəniyyət və digərləri isə daha az izləniblər. Mədəniyyət kanalı ümumiyyətlə Aprel ayı olduğu kimi daha aşağı sırada ola bilərdi, lakin 4-cü İslam Həmrəylik Oyunlarının futbol üzrə final oyunu bu kanalda yayımlandığından may ayının nəticələri bir qədər çox olub. Məhz bunun sayəsində deyərdim ki, Mədəniyyət ötən ayki 40-cı ümumi yerindən düz 7 pillə irəliləyərək 33-cü olub.

Türk kanallarına gəldikdə isə, nəticələr belədir:
200 kanallıq sıralamada yeri
Kanalın adı
Ay ərzində izlənib
(saat)
1
Star
35812
5
TV 8
17841
6
ATV Türk
17003
7
Show TV
14621
15
Kanal 7
6278
26
TRT 1
4591
22
TRT Çocuk
5549
47
TV 8.5
2326
42
Kral Pop
2816
56
Beyaz TV
1701
58
Power Türk
1682
*Siyhaıda FOX Türk və Kanal D yoxdur. Bu kanallar artıq Azərbaycanda yayımlanmır.
Burada ümumi siyahının lideri, Aprel ayında da olduğu kimi - Star TV-dir – 35812 saat.  Şübhəsiz ki, bu kanalda yayımlanan Kara Sevda serialının ölkəmizdə populyarlığının bu nəticədə rolu böyükdür. Hələ digər serialları demirəm, məsələn Cesur ve Güzel və ya Söz serialı.  Acun İlıcalının kanalı, TV 8 isə ümumi siyahıda 5-ci, Türk kanalları sırasında isə ötən ay olduğu kimi, 2-ci olaraq qalır - elə təxminən 2 dəfə daha az saatla, 17841TV 8 bu nəticəyə görə yəqin ki, Survivor proqramına minnətdar olmalıdır. Ümumiyyətlə TV8 şou kanalıdır. Burada hər zaman maraqlı şoular olur, O səs Türkiyə və Yetenek Sizsiniz  də vaxt aşırı bu kanalda yayımlanır. Ama ola bilər ki, digər faktorlar da var. Bir qədər daha az izlənmə saatı ilə, ümumi siyahıda 6-cı, Türk kanalları sırasında isə 3-cü olan, ATV Türk qərarlaşıb – 17003 saat. Burada da yenə də möhtəşəm türk seriallarının rolu danılmazdır. Məsələn elə həmin Eşkiya Dünyaya Hökümdar Olmaz və ya Kırqın çiçekler. Ardıcıllıqla, ümumi siyahıda 7-ci Türk kanalları sırasında isə 4-cü, Show TV-dir – 14621 saat. Bu kanalda İçerde serialı yayımlanır və populyarlıq yığmaqdadır. Digər Türk kanalları isə bu 4-lükdən çox geri qalır. Ən yaxını Kanal 7-dir ki, o da cəmi 6278 saatla ümumi siyahıda 15-ci yerdədir.

Rus kanallarına baxdıqda isə, nəticələr belədir:
200 kanallıq sıralamada yeri
Kanalın adı
Ay ərzində izlənib
(saat)
4
Первый
17891
8
НТВ
9577
9
Россия 1
9468
11
ТНТ
7941
12
СТС
6668
17
Ailə Kinozal
6082
18
ТНТ 4
6035
19
РЕН ТВ
5993
20
Nick Jr
5784
21
Nickelodeon
5728
24
Киносемья
5204
25
Кинохит
4690
27
Пятница
4381
Rus kanalları ayrı ayrılıqda əsas Türk kanallarına nisbətən az baxılırlar. Lakin ümumi baxsaq siyahımızın ilk 20 Rus kanalının hər biri 3000 saatdan çox baxılıb, Türk kanallarından isə bu göstəriciyə yalnız 7 kanal malikdir. Buradan nəticə çıxarmaq olar ki, Türk kanalları əsasən geniş kütləyə yönəliblər, Rus kanalları isə daha çox spesifikdirlər.
Ötən ay olduğu kimi, ən çox baxılan Rus kanalı, 1-й Канал olaraq qalır – 17891 saat. Bu isə ümumi siyahıda 4-cü yer deməkdir. Digər Rus kanallarının izlənmə saatları isə daha azdır. Siyahımızın ikinci Rus kanalı, НТВ9577 saat baxılıb və ümumi siyahıda 8-cidir. Ardınca isə siyahıda 3-cü Rus kanalı, Россия 1-dir, 9468 saat. Daha populyar hesab etdiyim, ТНТ və СТС kanalları isə, ümumi siyahıda ardıcıl olaraq 11 və 12-cidilər. Hər biri təxminən 8000 - 7000 saat baxılıb.
Ötən ay olduğu kimi bu ayda uşaq kanalları, TOP-larda olmasalar da hər 3 dil kateqoriyasında  orta yerlərini qoruyurlar. Uşaq kanalların cədvəli belədir:
200 kanallıq sıralamada yeri
Kanalın adı
Ay ərzində izlənib
(saat)
20
Nick Jr
5784
21
Nickelodeon
5728
22
TRT Çocuk
5549
29
Cartoon Net..
3828
30
Disney RUS
3799
31
Карусель
3712
54
Tiji
1875
62
PlanetÇocuk
1419
64
MinikaÇocuk
1380
65
ARB Günəş
1378
TOP 10 uşaq kanalları sırasında 6 Rus, 3 Türk və 1 Azərbaycan kanalı var. May ayının ən baxımlı uşaq kanalı rusdilli  Nick Jr olub, 5784 saat. Ötən ayın birincisi rusdilli Nickelodeon  isə cüzi fərq ilə, uşaq kanalları sırasında ikincidir, 5728 saat. Türk dilində olan ən baxımlı uşaq kanalı isə bu ay TRT Çocuk  olub, 5549 saat. Siyahıda növbəti uşaq kanalları isə müvafiq olaraq 3828, 3799, 3712 saat ilə Cartoon Network, Disney Rus və Карусель qərarlaşıblar. Daha sonra isə 1875, 1419, 1380 saat ilə Tiji, Planet ÇocukMinika Çocuk kanalları yer alırlar. Top 10 Uşaq kanalları siyahısını isə doğma dilimizdə yayımlanan ARB Günəş kanalı qapayır, 1378 səs.

Siz də, ən son nəticələrdən məlumatlı olmaq istəyirsinizsə lütfən səhifəmi izləyin.

Comments

Popular posts from this blog

Кабельное телевидение в Азербайджане

2017 İyul ayı üçün yerli və xarici kanalların izlənmə statistikası

2017 Sentyabr ayı üçün yerli və xarici kanalların izlənmə statistikası