2017 İyun ayı üçün yerli və xarici kanalların izlənmə statistikası
İyun
ayının nəticələri sayca 3-cü ardıcıl araşdırmamdır. Bundan əvvəl, Aprel
və May
ayı üçün yerli və xarici kanalları araşdırmışdım. Nəticələrin mənbəsi haqqında ilk
yazımda məlumat vermişdim. Ötən
araşdırmalarda olduğu kimi, 200 kanalı yenə 3 əsas kateqoriyaya bölmüşəm: Azərbaycan kanalları, Rusdilli kanallar
və Türkdilli kanallar. Bundan əlavə Uşaq kanallarını ayrıca təqdim edirəm. Bu
ayın nəticələrində ən əlamətdar məqam son ayların ən çox izləninlən kanalı,
Türkiyənin Star kanalının geriləməsi
və birinciliyi Azərbaycanın ATV
kanalına verməsini qeyd etmək olar.
Başda
ümumi siyahının lideri ATV olmaqla, yerli
kanallarımızın sıralaması belədir:
200
kanallıq sıralamada yeri
|
Kanalın
adı
|
Ay
ərzində izlənmə
saatı
|
1
|
ATV
|
36012
|
4
|
Xəzər TV
|
17045
|
15
|
AZ TV
|
6410
|
16
|
ARB
TV
|
6346
|
18
|
Space
TV
|
6259
|
24
|
İctimai
TV
|
4742
|
29
|
Lider
TV
|
3885
|
31
|
İnter
AZ
|
3406
|
38
|
Mədəniyyət
|
2859
|
42
|
İdman
AZ
|
2717
|
47
|
CBC
|
2451
|
57
|
ARB
Günəş
|
1669
|
115
|
CBC
Sport
|
511
|
İyun ayı həm xarici həm də yerli kanalar
arasında lider ATV Azərbaycan kanalı olub. ATV ötən aya
nisbətən təqribən 8000 saat çox izlənilərək ümumi 36012 izlənmə saatı toplayıb. Xəzər TV isə
2-ci ən baxımlı Azərbaycan kanalı olaraq demək olar ki yerində sayır və lider
ATV-dən izlənmə saatlarına görə təqribən iki dəfə geri qalır. Eyni zamanda Xəzər TV ümumi
siyahının 4-cü baxımlı TV kanalıdır. Növbəti iki TV kanal, ARB TV və AZTV isə
ölkənin iki lider TV kanalından dəfələrlə geri qalırlar və iyun ayı demək olar
ki, bərabər nəticə göstəriblər. AZTV 6410
saat, ARB TV isə bir qədər az 6346 saat izlənib. Ümumi siyahının
24-sü, yerli kanalların isə 5-si isə İyun ayı 4742 saat izlənilən, İctimai TV olub. Xatırladım ki, ötən ay bu TV kanal təqribən 2000 saat
daha çox izlənmişdi və May ayının ümumi siyahısında 14-cü olmuşdur. Ardınca isə
biri birlərində çox az fərq ilə, ardıcıl olaraq, Lider TV, İnter AZ, Mədəniyyət və İdman Azərbaycan TV kanalları qərarlaşır. Yerli kanalların 2017
İyun ayı üçün olan cədvəlinin dibini isə CBC,
ARB Günəş və CBC Sport kanalları qapayırlar. Ümumi siyahın 115-si yerli
kanalların isə sonunsu olan, CBC Sport,
digər yerli kanallara nisbət çox az saat izlənib, cəmi 511 saat.
Türk kanallarına gəldikdə isə, nəticələr
belədir:
200
kanallıq sıralamada yeri
|
Kanalın
adı
|
Ay
ərzində izlənib
(saat)
|
2
|
Star
|
|
5
|
ATV
Türk
|
13799
|
6
|
TV
8
|
12950
|
7
|
Show
TV
|
12617
|
10
|
Kanal
7
|
8660
|
*Siyhaıda FOX Türk və Kanal D yoxdur. Bu
kanallar artıq Azərbaycanda yayımlanmır.
Ötən ayların lideri, Star TV ümumi siyahıda birinciliyi əldən versə də,
Türk kanalları arasında hələ də liderdir – 25754 saat.
Şübhəsiz ki, bu kanalda yayımlanan Kara Sevda serialının ölkəmizdə populyarlığının bu
nəticədə rolu böyükdür. Kara Sevda serialının sezon
finalı İyun ayının əvvəli olduğundan, ötən aylara nisbətən Star TV daha az izləndi. Acun İlıcalının kanalı, TV 8 də bu ayın ümumi
siyahısında bir pillə geriləyərək 6-cı olub. TV 8 öz ötən aykı yerini digər Türk kanalı, ATV
Türkə verib. ATV Türk 13799 saat TV 8 isə 12950 saat izlənib.
Bir maraqlı faktı burda qeyd edim ki, İyul ayından TV
8 kanalında
rusların Maşa və Ayı cizgi filminin türkcə dublyaj olunmuş seriaları
yayımlanır, hesab edirəm ki, İyul ayının nəticələrində bunun TV 8 kanalı
üçün müsbət nəticələri olacaq. Bir qədər daha
az izlənmə saatı ilə, ümumi siyahıda 7-ci, Türk kanalları sırasında isə 4-cü
olan, Show TV qərarlaşıb – 12617 saat. Bu TV kanalda da
populyar serialların yayımında yay fasiləsi olduğundan izlənmə saatları
azalmışdır. Digər Türk kanalları isə bu 4-lükdən geri qalmaqda davam edirlər.
Ən yaxın olanı Kanal 7-dir ki, o da cəmi 8660 saatla ümumi
siyahıda 10-cu yerdədir. Ötən ay isə bu geri qalma daha da çox idi.
Rus kanallarına baxdıqda isə, nəticələr belədir:
200
kanallıq sıralamada yeri
|
Kanalın
adı
|
Ay
ərzində izlənib
(saat)
|
3
|
Первый
|
18170
|
8
|
НТВ
|
8871
|
9
|
Россия
1
|
8719
|
11
|
ТНТ
|
7592
|
12
|
СТС
|
7195
|
Rus kanalları ayrı ayrılıqda əsas Türk
kanallarına nisbətən az baxılırlar. Lakin ümumilikdə tam siyahıda ilk 15 Rus
kanalının hər biri 4000 saatdan çox izlənib, Türk kanallarından isə bu
göstəriciyə yalnız 6 kanal malikdir. Türk kanalları əsasən geniş kütləyə
yönəliblərsə, Rus kanalları daha çox konkret auditoriyaların maraq dairələndədirlər.
Ötən aylar olduğu kimi, bu ay da ən çox baxılan
Rus kanalı, 1-й Канал olaraq qalır – 18170 saat. Lakin
bu ay 1-й Канал bir qədər
çox izlənib və ümumi sıralamada
bir pillə irəliləyərək üçüncü olub. Digər Rus kanallarının izlənmə saatları isə
nisbətən daha azdır. Siyahımızın ikinci Rus kanalı, НТВ, 8871
saat baxılıb və ümumi siyahıda 8-ci yerini ötən aydan qorumaqdadır. Ardınca
isə siyahıda 3-cü Rus kanalı, Россия 1-dir, 8719 saat.
Daha populyar hesab etdiyim, ТНТ və СТС kanalları
isə, ümumi siyahıda ardıcıl olaraq 11 və 12-cidilər.
Ardıcıl olaraq, 7592 və 7195 saat.
Ötən ay olduğu kimi bu ayda uşaq kanalları,
TOP-larda olmasalar da hər 3 dil kateqoriyasında orta yerlərini
qoruyurlar. Uşaq kanalların cədvəli belədir:
200
kanallıq sıralamada yeri
|
Kanalın
adı
|
Ay
ərzində izlənib
(saat)
|
14
|
Nickelodeon
|
6894
|
17
|
Nick
Jr
|
6314
|
22
|
TRT
Çocuk
|
5210
|
28
|
Cartoon
Net..
|
4305
|
33
|
Disney
RUS
|
3308
|
34
|
Карусель
|
3128
|
54
|
Minika
Çocuk
|
1760
|
57
|
ARB
Günəş
|
1669
|
Ən baxımlı 8 uşaq kanalları sırasında 5 Rus, 2
Türk və 1 Azərbaycan kanalı var. İyun ayının ən baxımlı uşaq kanalı rusdilli Nickelodeon
olub, 6894 saat. Ötən ayın birincisi, rusdilli Nick Jr isə cüzi fərq ilə, uşaq
kanalları sırasında ikincidir, 6314
saat. Türk dilində olan ən baxımlı uşaq kanalı isə, ötən ay olduğu kimi TRT Çocuk qalır,
5210 saat. Siyahıda növbəti
uşaq kanalları isə müvafiq olaraq 4305,
3308, 3128 saat ilə Cartoon Network, Disney Rus və Карусель
qərarlaşıblar. Daha sonra isə 1760 saat
ilə Minika Çocuk kanalı yer alırlar. Ondan
cuzi fərq ilə, yerli ARB Günəş kanalı
İyul ayının 8-ci baxımlı uşaq kanalıdır – 1669
saat.
May ayının nəticələri ilə müqayisədə İyul ayı
izlənmə saatlarının artımına görə aşağıdakı 3 kanalı qeyd etmək olar:
Kanalın
adı
|
May
(saat)
|
İyun
(saat)
|
Saat
fərqi
|
ATV
AZ
|
28451
|
36012
|
7561
|
Kanal
7
|
6278
|
8660
|
2382
|
360
TV
|
1999
|
3101
|
1102
|
May ayının
nəticələri ilə müqayisədə İyul ayı izlənmə saatlarında geriləməyə görə isə
aşağıdakı 3 kanalı qeyd etmək olar:
Kanalın adı
|
May
(saat)
|
İyun
(saat)
|
Saat fərqi
|
Star
|
36012
|
28451
|
-7561
|
İdman AZ
|
6626
|
2717
|
-3909
|
AZ TV
|
6410
|
9075
|
-2665
|
Əgər Star TV
kanalında geriləməni Kara Sevda və
digər seriallarda fasilə ilə əsaslandırmaq olarsa, İdman Azərbaycan və AZ TV-də belə bir
fərq ona görə yaranıb ki, May ayı bu TV kanallarda 4-cü İslam Həmrəylik
Oyunları yayımlanırdı.
Comments
Post a Comment