Posts

Showing posts from 2015

Azərbaycanda internet televiziya

İnternet televiziya Azərbaycanda nisbətən təzə teleyayım növü sayılır. Lakin bir çox üstünlükləri hesabına teleyayımın internet üzərindən ötürülməsi texnologiyası sürətlə inkişaf etməkdədir. Azərbaycan əhalisinin 3 millionundan çoxu mütəmadi olaraq internetdən istifadə edir ki, bu da internet televiziyanın inkişafı üçün münasib şərait yaradır. Əksəriyyət internet televiziyanı alternativ televiziya növü kimi qəbul edir. Buna baxmayaraq, ölkəmizdə son illər internet xidmətlərinin keyfiyyətinin artırılması internet televiziyanın əsas teleyayım texnologiyasına çevirməkdədir. Ehtimal etmək olar ki, artıq gələcəkdə internet televiziya ənənəvi teleyayım növlərini inkişaf templərinə görə üstələyəcək. İnternet televiziyanın kabel, çanaq anteni və efir televiziyalardan üstün cəhəti ondan ibarətdir ki, telekanalları izləmək üçün heç bir antenn və ya kabel tələb olunmur. İnternet vasitəsilə dünyanı istənilən yerindən müxtəlif videokontenti izləmək mümkündür. Bu gün bir çox yerli internet pro