Posts

Showing posts from May, 2017

2017 Aprel: yerli və xarici kanalların izlənmə statistikası

Image
Şübhəsiz ki, bir çoxlarınız televiziya sahəsində, xüsusən də yerli televiziya kanalları haqqında dəqiq statistikanın olmamasından gileylənirsiniz. Lakin indi əminliklə qeyd etmək olar ki, televiziya da Azərbaycanda dəqiq ölçülən mediaya çevirilməkdədir. Mən bu yazıda Aprel ayının nəticələrinə görə yerli televiziya xidmətləri operatorlarından birinin İPTV xidməti abunəçiləri arasında TV kanalların izlənmə saatlarını analiz etməyə çalışacam. Bu araşdırma Sizə nəinki yerli kanallar haqqında zəngin məlumat həm də ümumən Azərbaycanlı izləyicilərin davranışlarını anlamağa yardım edəcək. İlk olaraq onu qeyd etmək istəyirəm ki, İPTV desək də bu əslində OTT TV xidmətidir. OTT (Over The Top) texnologiyası İPTV-də olduğu kimi, internet provayderə bağlı deyil və istənilən internet şəbəkəsində televiziya kanallarını izləmək imkanı verir. Bu da o deməkdir ki, xidmətdən dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlılar istifadə edir. Lakin əlbəttə ki, onların 90%-dən çoxu