Posts

Showing posts from September, 2017

2017 Avqust ayı üçün yerli və xarici kanalların izlənmə statistikası

2017 Avqust ayı üçün yerli və xarici kanalların izlənmə statistikası Avqust ayının nəticələri sayca 5-ci ardıcıl araşdırmamdır. Bundan əvvəl, Aprel , May , İyun və İyul ayları üçün yerli və xarici kanalları araşdırmışdım. Nəticələrin mənbəsi haqqında ilk yazımda məlumat vermişdim. Yerli televiziya xidmətləri operatorlarından birinin İPTV xidməti abunəçiləri arasında TV kanalların izlənmə saatlarına əsasən 200 kanalı yenə 3 əsas kateqoriyaya bölmüşəm:  Azərbaycan  kanalları,  Rusdilli  kanallar və  Türkdilli  kanallar. Bundan əlavə Uşaq kanallarını ayrıca təqdim edirəm. Avqust ayında İyul ayına nisbətən TV kanalların daha çox izlənməsi qedyə alınıb. Ötən ayların lideri isə ay da dəyişməyib. Başda ümumi siyahının lideri ATV olmaqla, yerli kanallarımızın sıralaması belədir: 200 kanallıq sıralamada yeri Kanalın adı Ay ərzində izlənmə saatı 1 ATV 40001 4 Xəzər TV 34994 9 AZ TV 17952 14