Alış-veriş edərkən, qiymətlərə uymayın
Siz kafeya girisiniz, orada isə eyni zamanda iki aksiya keçirilir. Birincidə sizə əlavə 30% təklif olunur, ikincidə isə bir fincan standart kofeyə 30% endirim təklif olur. Hansı daha sərfəlidir? Çox güman ki, siz deyəcəksiniz ki, onlar ikisidə eyni dərəcədə sərfəlidirlər. Ancaq gəlin bunu araşdıraq. Tutaq ki bir fincan kofenin qiyməti 1 AZN-dir (200ml) (100ml = 0,50 AZN). Birinci aksiyada siz 1 Azn-ə, 260 ml kofe alırsınız, yəni ki 100 ml kofe 0,38 AZN təşkil edir. Ikinci aksiyada siz 200 ml kofeni 0,70 AZN-ə alırsınız, yəni ki, 100 ml = 0,35 AZN. Belə çıxır ki ikinci aksiya daha sərfəlidir! ANCAQ! Müştərilərə eyni qiymətə daha çox kofe almaq daha xoşdur, nəin ki endirim almaq. Bundan başqa sizi daha bir neçə hiyləgər üsülla tanış etmək istəyərdim. 1) Bizim qavrayışımız qiymətdən asılıdır! Məsələn, siz maqazinə girmisiniz və orada gözünüz bir çantaya sataşır. Onun qiyməti – 1000AZN-dir. Hansısa çanta 1000AZN-ə? Siz təlatüm içində olacaq...