Alış-veriş edərkən, qiymətlərə uymayın
Siz kafeya girisiniz, orada isə eyni zamanda iki aksiya keçirilir.
Birincidə sizə əlavə 30% təklif olunur, ikincidə isə bir fincan standart kofeyə
30% endirim təklif olur. Hansı daha sərfəlidir?
Çox güman ki, siz deyəcəksiniz ki, onlar ikisidə eyni dərəcədə
sərfəlidirlər. Ancaq gəlin bunu araşdıraq.
Tutaq ki bir fincan kofenin qiyməti 1 AZN-dir (200ml) (100ml = 0,50
AZN). Birinci aksiyada siz 1 Azn-ə, 260 ml kofe alırsınız, yəni ki 100 ml kofe
0,38 AZN təşkil edir.
Ikinci aksiyada siz 200 ml kofeni 0,70 AZN-ə alırsınız, yəni ki, 100
ml = 0,35 AZN.
Belə çıxır ki ikinci aksiya daha sərfəlidir!
ANCAQ! Müştərilərə eyni qiymətə daha çox kofe almaq daha xoşdur, nəin
ki endirim almaq.
Bundan başqa sizi daha bir neçə hiyləgər üsülla tanış etmək
istəyərdim.
1) Bizim
qavrayışımız qiymətdən asılıdır!
Məsələn, siz maqazinə girmisiniz və orada gözünüz bir çantaya
sataşır. Onun qiyməti – 1000AZN-dir.
Hansısa çanta 1000AZN-ə? Siz təlatüm içində olacaqsınız.
Biraz da gəzib, digər maqazində 500AZN-ə əla palto görürsünüz, bu
bahadlr! Palto daha ucuz ola bilər. Lakin bu qiymət sizə normal gələcək, çünki
siz onu öncə gördüyünüz qiymətlə fərqləndirirsiniz. 1000 AZN-ə çantadansa 500
AZN-ə palto yaxşıdır.
2) Maqazində 179 AZN-lik
tortun yanında, ondan heçdə seçilməyən 79 AZN-ıik tort qoyulub. Daha ucuz tortu
hamı alacaq, bahaya isə heç kəs yaxın durmayacaq. Siz elə bilirsiniz qabağa
düşdünüz? 179 AZN-lik tortu 79 AZN-ə aldınız? Bu belə deyil, çünki o tortun dəyəri
sizin ona vertdiyiniz puldan aşağıdır, sadəcə sizi onun yanındakı qiymət aldadır. Bu ona görə baş
verir ki, biz real qiyməti hiss etmirik, və qərarı fərqnən edirik.
3) Rəqəmlər magiyası
Biz hamımız bu variantı bilirik. Cəmi 1,99 AZN-ə. Bu elə 2 AZN-dir!
Biz bunu anlayırıq. Ancaq 9 rəqəminin maniyası bizə təsir etməkdə davam edir.
Bizə o qedər də lazım olmayan malı, onun yalnız endirimli olduğuna görə alırıq.
Aldanmayın! Deməyin ki bu mal 1 AZN-dən biraz çoxdur, deyin ki bu elə
2 AZN-dir!
Comments
Post a Comment