2017 Avqust ayı üçün yerli və xarici kanalların izlənmə statistikası

2017 Avqust ayı üçün yerli və xarici kanalların izlənmə statistikası

Avqust ayının nəticələri sayca 5-ci ardıcıl araşdırmamdır. Bundan əvvəl, Aprel, May, İyunİyul ayları üçün yerli və xarici kanalları araşdırmışdım. Nəticələrin mənbəsi haqqında ilk yazımda məlumat vermişdim.
Yerli televiziya xidmətləri operatorlarından birinin İPTV xidməti abunəçiləri arasında TV kanalların izlənmə saatlarına əsasən 200 kanalı yenə 3 əsas kateqoriyaya bölmüşəm: Azərbaycan kanalları, Rusdilli kanallar və Türkdilli kanallar. Bundan əlavə Uşaq kanallarını ayrıca təqdim edirəm.
Avqust ayında İyul ayına nisbətən TV kanalların daha çox izlənməsi qedyə alınıb. Ötən ayların lideri isə ay da dəyişməyib.
Başda ümumi siyahının lideri ATV olmaqla, yerli kanallarımızın sıralaması belədir:
200 kanallıq sıralamada yeri
Kanalın adı
Ay ərzində izlənmə
saatı
1
ATV
40001
4
Xəzər TV
34994
9
AZ TV
17952
14
Space TV
16616
19
ARB TV
13936
21
İdman Az
12708
24
İctimai TV
10514
29
Lider TV
8556
42
CBC
6143
45
İnter AZ
5887
51
Mədəniyyət
5043
54
ARB Günəş
3861
76
CBC Sport
2388
Avqust ayı da həm xarici həm də yerli kanalar arasında lider ATV Azərbaycan kanalı olub. ATV ötən aya nisbətən təqribən iki dəfə çox izlənilərək ümumi 40001 izlənmə saatı toplayıb. Xəzər TV isə 2-ci ən baxımlı Azərbaycan kanalı olaraq ATV-ni izləməkdə davam edir. Eyni zamanda Xəzər TV ümumi siyahının 4-cü baxımlı TV kanalıdır. Növbəti iki TV kanal, AZTV Space TV isə ölkənin iki lider TV kanalından dəfələrlə geri qalırlar və avqust ayı demək olar ki, bərabər nəticə göstəriblər. Ötən aya nisbtən Space TV  üçün toplam 16616 ikiqat irəliləyiş deməkdir. ARB TV isə 13936 saat izlənib və demək olar ki, hər ay stabil olaraq ümumi siyahının ilk 20-liyinə düşür. Ümumi siyahının 24-sü, yerli kanalların isə 6-sı isə Avqust ayı 12708 saat izlənilən, İdman Azərbaycan olub. Ardınca isə biri birlərində çox az fərq ilə, ardıcıl olaraq, İctimai, Lider TV, CBC İnter AZ TV kanalları qərarlaşır. Yerli kanalların 2017 İyul ayı üçün olan cədvəlinin dibini isə Mədəniyyət, ARB GünəşCBC Sport kanalları qapayırlar. CBC Sport aqrtıq siyahının sonunu özünə daimi məskan edib. Futbol üzrə Topaz Premyerliqasının başlaması da bu kanalın izlənməsini kifayət qədər artırmayıb.

Türk kanallarına gəldikdə isə, nəticələr belədir:
200 kanallıq sıralamada yeri
Kanalın adı
Ay ərzində izlənib
(saat)
3
Star
37321
5
Show TV
8
ATV Türk
13
Kanal 7
16702
22
TV 8
*Siyhaıda FOX Türk və Kanal D yoxdur. Bu kanallar artıq Azərbaycanda yayımlanmır.

Avqust ayı Star TV ümumi siyahıda bir pillə də itirərək üçüncü olub, lakin Türk kanalları arasında hələ də liderdir – 37321 saat. Show TV 26123 saatla öz yerini stabil qoruyur. TV 8 isə geriləməkdə davam edir. Ötən ay ümumi siyahıda 22-ci olan kanal bu ay da 22-ci olub. Türk kanalları arasında isə, 11859 saatla 5-cidir. 3-cü baxımlı türk kanalı isə ATV Türk kanalıdır, 18134 saat. 4-cü isə, Kanal 7-dir, 8267 saat.

Rus kanallarına baxdıqda isə, nəticələr belədir:
200 kanallıq sıralamada yeri
Kanalın adı
Ay ərzində izlənib
(saat)
2
Первый
38477
6
НТВ
20538
7
Россия 1
10
СТС
17855
11
Nickelodeon
17361
12
ТНТ
17055
Rus kanalları ötən ay olduğu kimi, bu ay da Türk kanallarına nisbət müsbət göstəricilərə malikdirlər. Show TV-nin 2-ci yerdəlki yerinə də 38477 saatla Первый kanal gəlib. НТВ kanalı isə ümumi siyahıda ötən ay olduğu kimi 6-cıdır, Rus kanallarından isə ikincidir, 11329 saat. Ardınca isə siyahıda 3-cü Rus kanalı, Россия 1-dir, 19036 saat. СТС, Nickelodeon, ТНТ kanalları isə demək olar ki, eyni göstəricilərlə ümumi siyahıda 10, 11, 12-cidilər. Ardıcıl olaraq, 17855, 17361 17055 saat.
Nickelodeon kanalı ötən aya nisbətən demək olar ki, iki dəfə çox izlənib 17361 saat lakin ötən aya nisbətən bu ay ümumi siyahıda 7-ci deyil, 11-cidir. Qalan uşaq kanalları da TOP-larda olmasalar da hər 3 dil kateqoriyasında  orta yerlərini qoruyurlar. Uşaq kanalların cədvəli belədir:
200 kanallıq sıralamada yeri
Kanalın adı
Ay ərzində izlənib
(saat)
11
Nickelodeon
17361
20
Nick Jr
12988
23
Cartoon Net..
10833
30
TRT Çocuk
25
Карусель
10385
31
Disney RUS
Ən baxımlı 6 uşaq kanalı sırasında 5 Rus, 1 Türk kanalı var. Nickelodeon birinci, Nick Jr isə 12988 saatla ikincidir. 3-cü yeri TRT Çocuk-dan İyul ayı alan Cartoon Network Avqust ayı da 10833 saatla o yeri özünə saxlayıb. 6-lıqın yeganə türk kanalı TRT Çocuk-a isə 8454 saatla ümumisiyahıda 30-cu uşaq kanallarından isə 4-cü yer qalıb. Siyahıda növbəti uşaq kanalları isə müvafiq olaraq 10385, 8428 aat ilə Карусель və Disney Rus qərarlaşıblar.
Avqust ayının nəticələri ilə müqayisədə İyul ayı izlənmə saatlarının artımına görə aşağıdakı 3 kanalı qeyd etmək olar:
Kanalın adı
İyul
(saat)
Avqust
(saat)
Saat fərqi
Первый
18376
38477
20101
Star
18073
37321
19248
ATV AZ
21550
40001
18451

Siz də, ən son nəticələrdən məlumatlı olmaq istəyirsinizsə lütfən səhifəmi izləyin.

Comments

Popular posts from this blog

2017 Aprel: yerli və xarici kanalların izlənmə statistikası

2017 İyul ayı üçün yerli və xarici kanalların izlənmə statistikası

2017 May ayı üçün yerli və xarici kanalların izlənmə statistikası