2017 İyul ayı üçün yerli və xarici kanalların izlənmə statistikası

2017 Iyul ayı üçün yerli və xarici kanalların izlənmə statistikası

İyul ayının nəticələri sayca 4-cü ardıcıl araşdırmamdır. Bundan əvvəl, Aprel, May İyun ayları üçün yerli və xarici kanalları araşdırmışdım. Nəticələrin mənbəsi haqqında ilk yazımda məlumat vermişdim.
Yerli televiziya xidmətləri operatorlarından birinin İPTV xidməti abunəçiləri arasında TV kanalların izlənmə saatlarına əsasən 200 kanalı yenə 3 əsas kateqoriyaya bölmüşəm: Azərbaycan kanalları, Rusdilli kanallar və Türkdilli kanallar. Bundan əlavə Uşaq kanallarını ayrıca təqdim edirəm.
İyul ayı təbiət qoynunda ən aktiv istirahət baxımından ən münasib aylardan olduğundan ümumiən televiziya kanalların izlənməsi kəskin azalıb. Lakin bina baxmayaraq ötən ayı lideri bu ay da birinciliyi əldən verməyib.
Başda ümumi siyahının lideri ATV olmaqla, yerli kanallarımızın sıralaması belədir:
200 kanallıq sıralamada yeri
Kanalın adı
Ay ərzində izlənmə
saatı
1
ATV
21550
4
Xəzər TV
17579
12
AZ TV
8562
18
Space TV
8118
19
ARB TV
6951
25
İctimai TV
5402
27
Lider TV
4824
31
İdman AZ
4267
42
CBC
3273
43
İnter AZ
3257
50
ARB Günəş
2529
52
Mədəniyyət
2452
94
CBC Sport
933
İyul ayı həm xarici həm də yerli kanalar arasında lider ATV Azərbaycan kanalı olub. ATV ötən aya nisbətən təqribən 14462 saat az izlənilərək ümumi 21550 izlənmə saatı toplayıb. Xəzər TV isə 2-ci ən baxımlı Azərbaycan kanalı olaraq ATV-dən bu ay bir qədər fərqlə geridə qalır. Eyni zamanda Xəzər TV ümumi siyahının 4-cü baxımlı TV kanalıdır. Növbəti iki TV kanal, AZTV Space TV isə ölkənin iki lider TV kanalından dəfələrlə geri qalırlar və iyul ayı demək olar ki, bərabər nəticə göstəriblər. Ötən aya nisbtən Space TV  üçün toplam 8118 kifayət qədər yaxşı nəticə deməkdir. ARB TV isə bir qədər az 6951saat izlənib və demək olar ki, hər ay stabil olaraq ümumi siyahının ilk 20-liyinə düşür. Ümumi siyahının 25-ci, yerli kanalların isə 6-sı isə İyul ayı 5402 saat izlənilən, İctimai TV olub.n Ardınca isə biri birlərində çox az fərq ilə, ardıcıl olaraq, Lider TV, İdman AZ, CBC İnter AZ TV kanalları qərarlaşır. Yerli kanalların 2017 İyul ayı üçün olan cədvəlinin dibini isə ARB Günəş, MədəniyyətCBC Sport kanalları qapayırlar. Xatırladım ki, CBC Sport ötən ay da ən az baxılan yerli kanal olmuşdur. Ehtimal etmək olar ki, Avqust ayından Futbol üzrə Topaz Premyerliqasının başlaması ilı bu kanalın izlənmə saatları artacaq.

Türk kanallarına gəldikdə isə, nəticələr belədir:
200 kanallıq sıralamada yeri
Kanalın adı
Ay ərzində izlənib
(saat)
2
Star
18376
5
Show TV
12958
9
ATV Türk
9710
15
Kanal 7
8267
20
TV 8
6888
*Siyhaıda FOX Türk və Kanal D yoxdur. Bu kanallar artıq Azərbaycanda yayımlanmır.

Ötən ay olduğu kimi, Star TV ümumi siyahıda yenə ikincidi, lakin Türk kanalları arasında hələ də liderdir – 18376 saat. İzlənmə saatlarını itirən türk kanalları arasında yeganə fərqlənən kanal bu ay Show TV ol. Kanal ötən ay olduğu kimi, bu ay da demək olar ki eyni nəticə gösətərib, 12958 bununla da xeyli irəliləyib. TV 8 isə geriləməkdə davam edir. Ötən ay ümumi siyahıda 6-cı olan kanal bu il ciddi gerilələyərək 20-ci olub. Türk kanalları arasında isə, 6888 saatla 5-cidir. TV 8 kanalının Maşa və Ayı cizgi filmini türkcə yayımlamağa başlayanda bunun iyul ay müsbət nəticə verəcəyini proqnoz etmişdik, lakin görünür yanılmışıq, türk uşaqlarına bu cizgi filmi o qədər də maraqlı gəlməyib yəqin ki. 3-cü baxımlı türk kanalı isə ATV Türk kanalıdır, 9710 saat. 4-cü isə, Kanal 7, 8267 saat.

Rus kanallarına baxdıqda isə, nəticələr belədir:
200 kanallıq sıralamada yeri
Kanalın adı
Ay ərzində izlənib
(saat)
3
Первый
18073
6
НТВ
11329
7
Nickelodeon
9931
8
Россия 1
9819
10
СТС
9651
11
ТНТ
8682
Rus kanalları adətən ayrı ayrılıqda əsas Türk kanallarına nisbətən az baxılsa da bu ay demək olar ki, bərabər nəticə göstəriliblər. Daha dəqiq desək, türk kanallarından fəqrli olaraq rus kanalları geriləməyiblər əksinə daha çox izləniblər. Ən yüksək sıçrayış Nickelodeon kanalında müşahidə olunur. Bu uşaq kanalı 9931 saatla ümumi siyahıda 7-ci, rusdilli kanallardan isə 3-cü olub. 1-ci yer isə yenə də Первый kanalar məxsusdur, 18073 saat və ümumi siyahıda 3-cü yer. Ardınca isə НТВ 11329 saatla ümumisiyahının 6-cısı. Ardınca isə siyahıda 4-cü Rus kanalı, Россия 1-dir, 9819 saat. Daha populyar hesab etdiyim, СТС  və  ТНТ kanalları isə, ümumi siyahıda ardıcıl olaraq 10 və 11-cidilər. Ardıcıl olaraq, 9651 8682 saat.
Qeyd etdiyim kimi, Nickelodeon kanalı bu ay çox yüksək nəticə göstərərk ümumi TOP 10-da 7cidir. Qalan uşaq kanalları da TOP-larda olmasalar da hər 3 dil kateqoriyasında  orta yerlərini qoruyurlar. Uşaq kanalların cədvəli belədir:
200 kanallıq sıralamada yeri
Kanalın adı
Ay ərzində izlənib
(saat)
7
Nickelodeon
9931
21
Nick Jr
6847
22
Cartoon Net..
5780
28
TRT Çocuk
4775
29
Карусель
4691
33
Disney RUS
4143
50
ARB Günəş
2529
54
Minika Çocuk
2294
Ən baxımlı 8 uşaq kanalları sırasında 5 Rus, 2 Türk və 1 Azərbaycan kanalı var. İyul ayının ən baxımlı uşaq kanalı rusdilli  Nickelodeon olub, 9931 saat. Nick Jr isə, uşaq kanalları sırasında ikincidir, 6847 saat. Burada da türk dilli kanallar bu ay geriləyib, belə ki 3-cü ən baxımlı türkdilli uşaq kananlı TRT Çocuk 4775 saatla bu ay 4-cü olub. TRT Çocuk ötən aykı 3-cü yerini Cartoon Network kanalına verib, 5780 saat. Siyahıda növbəti uşaq kanalları isə müvafiq olaraq 4691, 4143, 2529 saat ilə Карусель, Disney Rus və ARB Günəş qərarlaşıblar. Daha sonra isə 2294 saat ilə Minika Çocuk kanalı yer alır.
İyul ayının nəticələri ilə müqayisədə İyul ayı izlənmə saatlarının artımına görə aşağıdakı 3 kanalı qeyd etmək olar:
Kanalın adı
İyun
(saat)
İyul
(saat)
Saat fərqi
Nickelodeon
6894
9931
3037
Кинохит
5476
8367
2891
НТВ
8871
11329
2458
İyul ayının nəticələri ilə müqayisədə İyul ayı izlənmə saatlarında geriləməyə görə isə aşağıdakı 3 kanalı qeyd etmək olar:
Kanalın adı
İyun
(saat)
İyul
(saat)
Saat fərqi
ATV AZ
36012
21550
-14462
Star
25754
18376
-7378
TV 8
12950
6888
-6062




Göründüyü kimi, irəliləmə əsasən rusdilli kanallarda qeydı alınıb, geriləməyə yerli və türk kanalları məruz qalıblar..
Siz də, ən son nəticələrdən məlumatlı olmaq istəyirsinizsə lütfən səhifəmi izləyin.

Comments

  1. Play at the best casinos with JWT slot machines - KTM
    Join JWT and 동해 출장안마 experience 계룡 출장샵 a life-like gaming experience in one of the newest and best-paying video 태백 출장마사지 slot machines in the world. Play with confidence 전라남도 출장마사지 and excitement for 하남 출장마사지

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

2017 Aprel: yerli və xarici kanalların izlənmə statistikası

2017 May ayı üçün yerli və xarici kanalların izlənmə statistikası